Slimfit
  1. PSİXOLOGİYA

Milyonçu olmaq üçün nə etmək lazımdır

Milyonçu olmaq üçün nə etmək lazımdır
Sakura

Warren Buffettdən 9 tövsiyyə

Çoxları milyonçu olmaq və pula görə narahatçılıq yaşamamağı arzulayır. Bəziləri arzulayır,bəziləri isə arzularına çatmaq üçün dəqiq addimlar atır. Amma bu addımlar nədir? Zənginliyə yol açmaq üçün nədən başlamaq  lazımdır?

Fikrimcə,ən məntiqli üsul bu yolu keçib artıq zəngin olanları dinləməkdir.

Xüsusən, Warren Buffett, dünyanın ən zəngin adamlarından biridir.

Buffet-dünyada ən böyük və ən məşhur sərmayəçilərindən biridir, onun 2018-ci ilin mart ayında sərvəti 100.1 milyard dollar təşkil edib.

Baffet müvəffəqiyyət qazandığını gizlətmir və biz aşağıda zəngin olmaq istəyənlər üçün Warren Buffettin 10 qaydasını Sizlərlə paylaşacayıq.

1.Mənfəətə yenidən baxın

Pulunuz əlinizə çatdıqda, onu xərcləmək istəkləriniz yaranır.Amma bunu etməyə dəyməz.

Bunun əvəzinə, qazancınızı yeni investisiyalara sərf etmək daha yaxşıdır.

Baffet bunu səfərin başlanğıcında öyrənmiş və peşman olmamışdır.

Məsələ ondadır ki, nə qədər çox investisiya etsəniz bir o qederdə, sizin gəliriniz yüksələcək.

Yəni, bir işin mənfəətini başqa bir işin inkişafına yönəldə bilərsiniz və ya digər səhmləri satın ala bilərsiniz.

Beləliklə, sizin portfeliniz daha da şaxələndiriləcək, bazarlarda yaranacaq risklərdən daha çox qorunacaqsınız və gələcəkdə daha yüksək mənfəət əldə edə biləcəksiniz.

2.Fərqli düşünməyə hazır olun

Qərarlarınızı digərlərinin danışdıqları və fikirləşdikləri əsasında verməyin.

Baffet pul idarə etməyə başladığında, əvvəlcə onu qəribə hesab edirdilər. O, Wall Streetdə deyil, Omaha şəhərində işləyirdi, həm də o, tərəfdaşlarına pullarını hara yatırdığını xəbər etmirdi.

İnsanlar onun işinin uğursuzluğa çevriləcəyini təxmin edirdilər. Ancaq 14 ildən sonra o, 100 milyon dollardan artıq məbləğə sahib idi. Bir çox sərmayəçi qeyd edir ki, kor-koranə çoxluğu izləmək lazım deyil.Ən əsası çoxluqdan fərqlənə bilən öz fikirlərinizə sahib olmalısınız, amma öz doğruluğunuzdan əminsinizsə  , öz yolunuz ilə hərəkət etmək lazımdır

3.Başlamadan əvvəl razılaşmanı ətraflı müzakirə edin

Lap uşaq vaxtlarından Buffet müzakirəni sahildə etmək lazım olduğunu öyrəndi. Beləki, güclü küləkdən sonra ailə mağazasın qazsinlar deyə uşaqlıqda onu və dostunu qohumları işə götürdülər.

Uşaqlar sümüyü donana qədər işlədilər və nəticədə ikisinə 90 cent aldılar.

Buna görədə Warren Buffett indi ticarət etmir.Əgər hansısa şirkəti almaq istiyirsə,birbaşa ödəyə biləcəyi məbləği təklif edir.

Bundan sonra o, sözlərindən uzaqlaşmır, çünki təklifləri həmişə məqbuldur və təyin olunan qiymət ədalətlidır.

4.Kiçik xərclərə diqqət yetirin

Buffett, ən kiçik xərclərə qayğı göstərən şirkət bizneslərinə investorluq edir.

Bir zamanlar müdiri aldanıb-aldanmadığını müəyyən etmək üçün tualet kağızlarını sayan bir şirkəti əldə edib.

Yolun qarşısında olan binanın yalnız ön hissəsinə boya çəkən bir yoldaşına heyranlıq etdiyi kimi şayiələr də var.

Dünyanın iki zəngin dostu olan Warren Buffett və  Bill Geyts haqqında belə bir hekayə var. Onlar Çində olduqları zaman yerli McDonald’s-a getməyə qərar veriblər.

Sifarişlərini ediblər və ödəmə vaxtı gəldikdə, Bill Geyts cüzdanını götürüb, lakin Buffet ona özünün ödəyəcəyini bildirib.

Amerikadan gətirdiyi  endirim kuponunu  çıxartması isə ətrafdakıları təəcübləndirib.

Buna görə də investorlar ucuz və münasib olanı müqahisə etməyi məsləhət görürlər,qənaətcil olmaq,amma xəsis olmamaq lazımdır.

5.Kreditlərinizi məhdudlaşdırın

Buffet heç vaxt investisiyalar üçün, nə də ipoteka üçün böyük məbləğdə kredit götürməyib.

O, borclarının olduqca ağlabatan və idarə oluna biləcəyini düşünən insanlardan bir çox məktub alırdı, vəziyyətin öhdəsindən gələ bilmədiyi borc içində olduqları günə qədər.

Onun tövsiyyəsi: minimum dərəcədə etibar əldə etmək istiyirsinizsə kredit mütəxəssisləri ilə danışıqlar aparın.

Borcunuzu ödədikdən sonra  əmanətinizi investisiya üçün istifadə edəsiniz deyə,pula qənaət etməyə başlayın.

Warren Buffett riskləri sevmir və həmişə o, Berkshire Hathaway şirkətinin maliyyə dəstəyi baxımından başqa birindən asılı olacağı bir vəziyyətdə olmaq istəmədiyini söyləyir.

6.Əzmkar olun

Səbr və ixtiraçılıqla, daha təcrübəli rəqiblə rəqabət edə bilərsiniz.

Buffett, 1983-cü ildə Nebraska Mebel Martın şirkətini aldı, çünki şirkətin təsisçisi Rose Blamkin işini xoşlayırdı.

Rose adi lombard işi ilə başlamışdı, lakin zaman keçdikcə işi böyüdü və Şimali Amerikanın ən böyük mebel mağazalarından birinə çevrildi.

Onun mövqeyi o idi ki,cox ağıllı danışıqlar aparırdı.

Şübhəsiz ki, kariyeranızda müxtəlif hallar və maneələrlə qarşılaşacaqsınız, ancaq əzmkar olmaq vacibdir.

7.Nə zaman geri çəkiləcəyinizi bilmək

Bir dəfə, Buffet bir yeniyetmə olduğunda yarışa bahis etdi. O uduzdu.

Daha sonra, itkinlərini bərpa etmək üçün yenidən bahis etdi və yenidən itirdi. Bu təcrübəni bir daha təkrarlamadı.

Unutmayın,əgər uduzmusunuzsa onu təkrarlamağa dəyməz. Nə zaman geri çəkiləcəyinizi bilmək  vacibdir.

Eyni səhvi təkrar edib daha çox itirməkdənsə, az itirib vaxtında geri çəkilmək lazımdır.

Yanlış olduğunuzu qəbul edin və digər investisiyalara fikrinizi yönəldin.

8.Riskləri qiymətləndirin

1995-ci ildə Buffet oğlunun müdiri FBI tərəfindən qiymətlərin saxtalşdırılması ilə günahlandırdı. Buffet oğluna şirkətdə qaldıqda ən pis və ən yaxşı ssenariləri təqdim edib.

Oğlu tez bir zamanda şirkətdə qaldıqları risklərin potensial mənfəətdən çox olduğunu başa düşdü və növbəti gün istefa verdi.

Warren Buffett riskləri çox diqqətlə aparır və onları düzgün qiymətləndirməyə çalışır.

9.Həqiqi müvəffəqiyyətin nə olduğunu bilin

Öz vəziyyətinə baxmayaraq, Buffet uğuru dollar  məbləğiynən ölçmür.

2006-cı ildə, demək olar ki, bütün sərvətlərini, Bill və Melinda Gates xeyriyyə fonduna verməyi vəd edib.

O, özünə heç bir abidə qoymur, onun adını daşıyan bina yoxdur:

“Mənim yaşımda, siz uğuru,həyatda neçə nefəri sevib sevməmək istəyi ilə ölçursüz. Bu həyatınızı necə yaşadığınızı göstərən son testdir.”

 

Mənbə: Bizplus.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR