Slimfit
  1. MARAQLI

Milyarderlər üçün üzən özəl adalar satışa çıxarılacaq

Milyarderlər üçün üzən özəl adalar satışa çıxarılacaq
Sakura

Milyarderlər üçün üzən özəl adalar satışa çıxarılacaq

Ola bilsin ki, yaxın gələcəkdə hökmranlıq, varlılıq və uğurun simvolu böyük yaxta deyil, əsl üzən ada olacaq: belə layihəni Migaloo Private Submarines hazırlayır.

Qarşımızdakı uzun müddətli yaşayış üçün yararlı olan əsl üzən adadır. O, 4 ədəd böyük dirək üzərində dayanır: xarici görünüşcə neft platformasına bənzəyir. Kokomo Ailand (layihənin adı) özündə ada və sualtı gəmini təcəssüm etdirir. Onun bir hissəsi suyun üzərində, digəri isə suyun altında yerləşir. Bu çimərliyi, hovuzu, cəngəlliyi, rəqs meydançası və kinoteatrı olan əsl mini kurortdur. Süni şəlalə birbaşa hovuza tökülür, dəniz üzərindən 80m yüksəklikdə və dörd uzun dirək üzərində isə iki lifti olan penthaus yerləşib. 

Hovuzun yanında Migaloo Private Submarines mühəndisləri barbekyu üçün zona təchiz ediblər, göyərtənin üstündə isə gözəllik salonu və masaj kabineti yerləşib. İstəyənlər şəffaf tavanlı cakuzini ziyarət edə və ya sualtı restoran üçün geyinə bilər. Kəskin hiss həvəskarları üçün balinaları qidalandırmaq zonasına düşən lift var. Özü də qaldırıcının yuxarı mərtəbəsi birbaşa hovuzda yerləşi, ora isə ondan çıxmadan girmək mümkündür. 

Bütün bunlardan əlavə, Kokomo Ailand sərbəst yerini dəyişə bilər. Səkkiz mühərrik və nəhəng platformanın köməyi ilə 15km/s-a qədər sürətlənə bilər. Müəlliflərin özləri öz layihələrini nəqliyyat vasitəsi qismində görmür. Ada üzən saray olacaq. 

Adanın uzunluğu 117 metr, eni 78 metrdir. Sahibin sərəncamında 2,1 min yaşayış sahəsi var. Ümumiyyətlə, başqa sual yaranır: bütün bunların qiyməti neçə olacaq? Adanı yaradanlar hələlik qiyməti səsləndirməyiblər və yəqin ki, onu ancaq Kokomo Ailand adasını əldə etmək istəyənlər biləcək. İndi üzən ada konsept mərhələsindədir və mümkün dəyişikliklər nəticəsində layihənin necə dəyişəcəyi məlum deyil. 

Migaloo Private Submarines yaxtanı layihələndirən Motion Code Blue şirkəti ilə bağlıdır. Bir neçə il ərzində o 115 metrlik sualtı qayiqla varlı insanları maraqlandırmağa çalışdı, amma yaxta-submarina üçün alıcılar tapılmadı. Ola bilsin ki, yeni layihənin taleyi kommersiya nöqteyi-nəzərdən uğurlu olacaq. 

Mənbə: naked-science.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR