Slimfit
  1. İDMAN

Millimizin rəqibində koronavirus: Futbolçu heyətdən çıxarıldı

Millimizin rəqibində koronavirus: Futbolçu heyətdən çıxarıldı
Sakura

Millimizin rəqibində koronavirus: Futbolçu heyətdən çıxarıldı

Kipr seçməsi UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycana qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itki ilə üzləşib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın serb əsilli futbolçusu Aleksander Qogiç qarşıdakı matçları buraxacaq.

Buna səbəb hazırda Şotlandiya "Hibernian"ında çıxış edən 26 yaşlı müdafiəçinin koronavirusa yoluxmasıdır. İlk analizi müsbət çıxan oyunçunun sonrakı test nəticələri mənfi olsa da, Şotlandiyadakı qaydalara görə, Qogiç və ailəsi 10 günlük karantinə alınıb.

Artıq onun adı millinin heyətindən çıxarılıb.

Bununla bağlı şəxsi "Twitter" hesabında paylaşım edən futbolçu məyus olduğunu bildirib: "Böyük kədər və məyusluqla demək istəyirəm ki, Monteneqro və Azərbaycanla qarşıdan gələn iki matç üçün Kipr millisinə qoşula bilmirəm. Çox təəssüf ki, avqustun 28-də COVID-19 testi pozitiv çıxdı. Aldığım göstərişlərə görə, evimdə on günlük təcrid olunmalıyam. Yığmaya uğurlar arzulayıram. Sizi evdən dəstəkləyəcəyəm. Oktyabrda yenidən görüşəcəyimizə ümid edirəm".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Monteneqro ilə görüş isə sentyabrın 5-də eyni arenada olacaq.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR