Millimizin futbolçusu Qazaxıstanda 400 min dollar qazanacaq?
Millimizin və “Səbail”in qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubuna keçməyə yaxındır.
Oxu.Az xəbər verir ki, Qostanay klubunun direktoru Nikolay Paninonunla danışıqlar aparıldığını təsdiqləyib:
“Oyunçu ilə müqavilə bağlanılmayıb, ancaq danışıqlar aparılır”.
Onun müqavilə ilə məxsus olduğu “Səbail” qarşı tərəfdən bu transferə görə 100 min dollar alacağı, iki illik müqavilə bağlayacaq futbolçunun Qazaxıstandakı maaşının isə ilinə 200 min dollar olacağı bildirilir. İki ilə bu məbləğ 400 min dollar təşkil edəcək.
Lakin Panin bu məbləği gözlənildiyi kimi təkzib edib. O həmçinin bildirib ki, Emil Balayev hazırda klubun düşərgəsində deyil.
Qeyd edək ki, “Tobol” Qazaxıstan çempionatını üçüncü pillədə başa vurub və ölkəsini yayda Avropa Liqasında təmsil etmək hüququ əldə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət