Slimfit
  1. İDMAN

Millimizin futbolçusu: 'Jurnalistlərdən tələb etdim ki, yazılarını dəyişsinlər'

Millimizin futbolçusu: 'Jurnalistlərdən tələb etdim ki, yazılarını dəyişsinlər'
Sakura

Millimizin futbolçusu: 'Jurnalistlərdən tələb etdim ki, yazılarını dəyişsinlər'

“Mənim oynadığım mövqe dördlü müdafiənin önüdür. Matç ərzində ən çox təzyiq orada olur”.

Report”un məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev klubun rəsmi “Facebook” səhifəsində canlı yayımda olarkən azarkeşin sualına cavab verərkən deyib.

28 yaşlı yarımmüdafiəçi geriyə müntəzəm ötürmə etməsinə dair iddialarla razılaşmayıb: “Rəqibin mənim mövqeyimdə topu əldə etməsi birbaşa bizim qapımıza təhlükədir. Bütün oyunlardan sonra statistik göstəriciləri özüm üçün toplayıram. “Barselona”nın oyunçularından tutmuş, “Real Madrid”in və digər klubların futbolçularına qədər müqayisə aparıram ki, daha çox arxaya ötürmə verirəmmi? Bütün hallarda mənim arxaya ötürməm daha azdır". 

Qarayevin sözlərinə görə, insanlarda geriyə ötürmə verməsi kimi bir deyim kimi formalaşıb və onların beyinlərində həkk olunub. Onun fikrincə, bəzən geriyə ötürmə etmək qorxaqlıq və top itkisinə görə çəkinmək anlamına gəlməməlidir: "Bəzən oynadığımız komandalar elə səviyyədə olur ki, topun bizdə daha çox qalması komandamızın daha yaxşı oyun nümayiş etdirməsinə gətirib çıxarır. Arxaya çox ötürmə verdiyimi düşünmürəm. Milli komandanın oyunlarından sonra da bəzi jurnalistlər mənə belə bir irad tuturdular. Mən isə statistik göstəriciləri onlara göstərdim və sübut etdim ki, ən az geriyə ötürmə edənəm. Tələb etdim ki, yazılarını dəyişsinlər. Amma dəyişmədilər. Yenə də öz fikirlərində qaldılar". 

Oyunçu “Neftçi” ilə Azərbaycan Premyer Liqası matçında Dani Kintanaya, yoxsa Şimali İrlandiya “Linfild”i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Abdullah Zubirə verdiyi ötürmə daha yaxşı alındı” sualına belə cavab verib: “Bu məsələlərdə şəxsi prinsiplərimizi ölkə və millət prinsiplərindən üstün tutmamışam. Düşünürəm ki, “Linfild”lə oyundakı ötürmə millətim və futbol adına çox iş gördü və komandamıza nəticə qazandırdı. Avropa Liqasında qrupa düşməyimizi təmin etdi. Ölkə çempionatında “Neftçi” ilə qarşılaşmada verdiyim ötürmənin dəyəri yüksəkdir. Beynəlxalq arenada Zubirə verdiyim ötürmə isə daha əla idi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR