Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib
Sakura

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda 8 may 1992-cu il tarixində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Albert Aqarunovun xatirəsini anım mərasimi keçirilib.

Milli Qəhrəmanın Şəhidlər Xiyabanındakı məzarının ziyarəti ilə keçirilən mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də iştirak edib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a Komitədən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məzarın önünə əklil qoyulub, üzərinə güllər düzülüb.

Qeyd olunub ki, 777 nömrəli xüsusi təyinatlı batalyonda tank komandiri olan yəhudi əsilli Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

8 may 1992-cu il tarixində isə Şuşaya girməyə cəhd edən ilk erməni tankı, məhz Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub.

Qeyd edilib ki, xalqımız igid övladının xatirəsini həmişə əziz tutur. Ölümündən sonra Albert Aqarunov “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır.

Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi qurulub, təhsil aldığı məktəbin önündə büstü və Bakının Nərimanov rayonunda heykəli qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR