Milli park, qoruq və yasaqlıq anlayışlarının fərqi nədən ibarətdir?
Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, ekoturizm məqsədləri üçün istifadə olan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədiylə yaradılan təbiət mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib ümumi tədbirlərindən başqa, turizm, xüsusi icazə olmadan qoruqların ərazisində olmaq qadağan edilir. Dövlət təbiət yasaqlıqları- təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir. Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox