Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisin sədri: "Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub"

Milli Məclisin sədri: "Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub"
Sakura

Milli Məclisin sədri: "Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub"

“Azərbaycanda Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında əksini tapıb. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Ölkə başçısının söylədiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub”.

Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib: “Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub.

2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR