Slimfit
  1. SİYASƏT

Milli Məclisin Sədri: “Njdenin qəhrəmanlaşdırılmasına dözümlülük göstərmək olmaz”

Milli Məclisin Sədri: “Njdenin qəhrəmanlaşdırılmasına dözümlülük göstərmək olmaz”
Sakura

Milli Məclisin Sədri: “Njdenin qəhrəmanlaşdırılmasına dözümlülük göstərmək olmaz”

“Faşist ideologiyasının artıq bitdiyi və bunun bir daha baş verməyəcəyi kimi görünürdü. Ancaq, təəssüf ki, tarixin təhrif edilməsi ilə yanaşı, faşizmin və onun əlaltılarının qəhrəmanlaşdırılması prosesini də görürük. Məsələn, Ermənistanda Qaregin Njdeyə milli qəhrəman kimi abidə qoyulması həyəcanlandırmaya bilməz. Hesab edirik ki, belə hadisələrə dözümlülük göstərmək olmaz, çünki faşizm bütün bəşəriyyət tərəfindən pislənilib”.

Ens.az xəbər verir ki, “Report”un Rusiya bürosunun məlumatına görə, bu fikirləri II Dünya müharibəsindəki Qələbənin 75 illiyinə həsr olunmuş, onlayn formatda keçirilən yüksək səviyyəli parlament konfransında Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Milli Məclisin sədri həmçinin Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə verdiyi töhfələrdən danışıb: “Bu günlərdə ölkəmiz hamımız üçün əlamətdar və çox vacib olan tarixi günü - Qələbə Gününü qeyd edir. Həyatlarını qurban vermiş insanları minnətdarlıqla və məhəbbətlə xatırlayırıq. Ölkəmin, Azərbaycanın bu qələbədəki töhfəsini qiymətləndirmək çətindir. SSRİ-də haqlı olaraq əsas yanacaq təchizatçısı hesab olunan Azərbaycan Qırmızı Ordunun ən güclü arsenallarından birinə çevrildi. Müharibə illərində Azərbaycan ön cəbhəyə 75 milyon ton neft göndərib, böyük qələbənin əldə edilməsində böyük rol oynayıb. Alman qoşunlarının məğlub edilməsində Azərbaycanın azadlıq diviziyaları da xüsusi rol oynayıblar. Azərbaycanın 130-dan çox nümayəndəsi “Sovet İttifaqı Qəhrəmanı” mükafatına layiq görülüb”.

Qeyd edək ki, mayın 7-də “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə Böyük Qələbənin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli parlament onlayn-konfransı keçirilib. Videokörpüdə iştirak etmək üçün MDB ölkələrinin, Mərkəzi və Şərqi Avropa ölkələrinin parlamentlərinin rəhbərləri və nümayəndələri, Avropa Parlamentinin deputatları, tanınmış siyasi və ictimai xadimlər dəvət edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR