Slimfit
  1. SİYASƏT

Milli Məclisin sədri: "İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib"

Milli Məclisin sədri: "İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib"
Sakura

Milli Məclisin sədri: "İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib"

"Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqi və yüksəlişi gündəlik həyatımızın reallığına çevirib".

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

"Biz əminik ki, cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.

Biz möhtərəm Prezidentə tarixi missiyasını həyata keçirməkdə yeni böyük uğurlar arzulayırıq. Əmin etmək istəyirik ki, cənab İlham Əliyevin bu missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək", - S.Qafarova vurğulayıb.

Qeyd edək ki, parlamentin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR