Milli Məclisin plenar iclasının gündəliyi: 16 məsələ...
Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, iclada “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırışı" haqqında qanun layihəsi, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanuna dəyişiklik, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsdiq edilməsi haqqında qanuna dəyişiklik və digər məsələlər müzakirə ediləcək.
Ümumilikdə iclasın gündəliyinə 16 məsələ daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət