Slimfit
  1. AZƏRBAYCAN

Milli Məclisdə Xəzərin hasarlanması məsələsi qaldırılıb

Milli Məclisdə Xəzərin hasarlanması məsələsi qaldırılıb
Sakura

Milli Məclisdə Xəzərin hasarlanması məsələsi qaldırılıb

Deputat Xəzər dənizinin hasarlanmasına etiraz edib

“Xəzər dənizinin Azərbaycan hissəsinə diqqət yetirsək, çox təəssüfedici mənzərə ilə üz-üzə qalırıq. Elə etmək lazımdır ki, dənizin sahilində ərazilər tam təmiz olsun və ətraf mühitə zərər yetirilməsin. Dəniz Nabrandan başlayaraq Abşeron ərazisinə qədər çirklidir. Bu natəmizlik aradan qaldırılmalıdır”.

Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, dənizin sahilini turizm zonasına çevirmək mümkündür: “Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.

Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR