Dərc edildi: Baxış sayı: 465
Milli Məclis toplaşır - 38 məsələyə baxılacaq
Bu gün Milli Məclisin növbədəkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 38 məsələ daxildir.
Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında", “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.
Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də baxacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət