Avqustun 10-dan 12-dək Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı…
Avqustun 10-dan 12-dək Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, turnirlərdə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandalarının, o cümlədən 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci yaş kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.
Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “AyUlduz” Klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Respublika Kompleks İdman Məktəbi, “Zirvə” İdman Klubunu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 73 gimnast mübarizə aparacaq.
Üç gün davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirmələri üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət