Dərc edildi: Baxış sayı: 486
Rusiya yığması Millətlər Liqasında növbəti oyununu oktyabrın 11-də İsveç millisinə qarşı keçirəcək
Futbol üzrə Rusiya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Türkiyə yığmasına qalib gəliblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, oyun 1:2 hesabı ilə başa çatıb.
B divizionunun ikinci qrupunun oyunu Trabzon şəhərində baş tutub. Rusiya millisinin heyətində Denis Çerışev (13 dəq.) və Artyom Dzyuba (49 dəq.) fərqləniblər. Meydan sahiblərinin qolunu isə Sərdar Əziz (41 dəq.) vurub.
Rusiya yığması Millətlər Liqasında növbəti oyununu oktyabrın 11-də İsveç millisinə qarşı keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət