Slimfit
  1. MEDİA

Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq”

Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq”
Sakura

Millət vəkili: “Yaranmış çətinlik müvəqqətidir, təlaşa qapılmayaq”

"Bu gün bütün dünya ölkələri koronovirus kabusu ilə üz-üzə qalıb. Xəstəlik sürətlə bütün dünyanı öz ağuşuna alır, getdikcə dünyasını dəyişən insanların sayı sürətlə artır. Hazırda bir çox dünya ölkələrinin iqtisadiyyatı bu bəladan ciddi əziyyət çəkir. Dünyamız zaman-zaman bu kimi fəlakətlərdən əziyyət çəkib. Ancaq sonda qələbə çalıb. Bu da keçəcək və dünyamızda həyat yenidən öz məcrasına qayıdacaq".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov koronavirus infeksiyasının dünyanı cənginə almasından danışarkən deyib.

Deputat bildirib ki, hazırki dönəmdə bu bəladan daha az zərərlə çıxmaq üçün insanlar hər zamankından daha təmkinli, səbrli olmalı və həmrəylik nümayiş etdirməlidirlər:

"Koronovirusla mübarizdə hazırda ölkəmizdə bir neçə istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Azərbaycanda iqtisadi və ictimai sabitliyi qorumaq üçün dövlətin kifayət qədər imkanları və potensialı var. Hazırkı dövrdə Azərbaycanı hansısa ciddi təhlükə gözləmir. Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə vətəndaşlarımızın da üzərində böyük vəzifələr düşür. Son proseslərdən istifadə edərək ölkədə ajiotaj, təşviş, stress yaratmaq istəyənləri görürük. Neftin qiyməti ucuzlaşıb, koronavirus epidemiyası dünyada sürətlə yayılır. Ancaq Azərbaycan bütün bunlara ən adekvat addımları atır və atmaqda da davam edəcək. Hökumətimiz vaxtında adekvat və qabaqlayıcı qərar qəbul edən ölkələrdəndir. Proseslərin gedişi göstərir ki, işlək mexanizm var, dövlət öz məsuliyyətini gözəl anlayır və dövlətin bütün strukturları, qurumları yaranmış vəziyyətdən ən az zərərlə çıxmaq üçün böyük səylə çalışır".

Ceyhun Məmmədov vurğulayib ki, bu gün bir sıra ölkələrlə müqayisədə Azərbaycanda bu virusa yoluxanların sayının az olması, iqtisadi və ictimai sabitliyin qorunması bir daha göstərir ki, dövlət vaxtında bütün qabaqlayıcı addımları atır, zəruri tədbirləri həyata keçirir: "Dövlətin özünün qabaqlayıcı planları var. Bütün dövlət qurumları o cümlədən, hüquq mühafizə orqanları, səhiyyə qurumları, maliyyə strukturları bütün gücləri ilə çalışırlar. Xəstəliklə mübarizənin səmərəliliyinin artırılması, həm də koronavirusla bağlı görülən tədbirlər öz nəticəsini verir və verəcək. Vətəndaşların hansısa təşviş, stress keçirməsinə ehtiyac yoxdur. Dövlət lazım olan bütün addımları atır və atacaq. Yaranmış çətinlik müvəqqətidir, zamanla keçəcəkdir. Təlaşa qapılmaq nəyisə dəyişməyəcək və gərginliyə səbəb olacaq. Hər bir vətəndaş çalışmalıdır bu proseslərdə dövlətin yanında olaq, dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşsın və onları yerinə yetirsin. Bizə güclü dövlət lazımdır. Dövlətimizin güclü olması üçün həmrəy olmalıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR