Millət vəkili: “Virusun yayılma riski hələ də yüksəkdir”
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gun koronavirusla mübarizə çərçivəsində yeni, uğurlu addım atıldı. Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası istifadəyə verildi. Cənab Prezident bu xəstəxananın açılışında bildirdi ki, bütün bu addımlar insanlarımızın sağlamlığının təminatına yönəlib. Vurğulandı ki, əlavə 7 modul tipli xəstəxana tikilib istifadəyə verilə bilər. Amma ölkədəki yoluxma sayına görə hələlik buna ehtiyacın olmadığı bildirildi. İndiki şəraitdə isə böyük imkanlara malik bir xəstəxanın tikilib istifadəyə verilməsi mühüm bir hadisədir.
Ens.az xəbər verir ki,bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov bildirib.
O qeyd edib ki, ölkə rəhbərinin düşünülmüş addımları ilə qısa zaman ərzində koronavirusla mübarizə məqsədilə çarpayı fondunun artırılması mühüm əhəmiyyətə malikdir.
Millət vəkili bildirib ki, ölkəmizdə koronavirusla mübarizəyə 46 xəstəxana ayırılıb: “Məhz bu xəstəxanaların da 41-i son 16-17 ildə tikilib istifadəyə verilib. Ölkəmizdə məhz bu cür yüksək infrastrukturun olması imkan verdi ki, mövcud reallığa qarşı adekvat addımların atılması təmin edilsin”.
Deputat həmçinin qeyd edib ki, bu gün karantinlə bağlı müəyyən fikirlər səslənir və insanlarımız şərtlərin bir az da yumşaldılmasını arzulayırlar: “Amma burada da mövcud yoluxma riskini unutmaq olmaz. Ölkədə karantinin yumşaldılması elə təmin edilməlidir ki, yenidən sərt karantin rejiminə qayıdılmasın. Bəzi bölgələrdə isə yumşalmaların daha çox olması oradakı mövcud epidemoloji vəziyyətlə əlaqəlidir. Bu gün kütləvi toplaşma yerlərində xəstəliyin yayılma riski hələ də yüksəkdir. Ona görə də, əvvəlki normal həyat rejiminə qayıtmaq üçün insanlarımız daha da məhsuliyyətli və diqqətli olmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət