Slimfit
  1. SİYASƏT

Millət vəkili: "Üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinə edilən təkliflər nəzərə alınıb"

Millət vəkili: "Üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinə edilən təkliflər nəzərə alınıb"
Sakura

Millət vəkili: "Üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinə edilən təkliflər nəzərə alınıb"

“Üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinin ictimai müzakirəsi çox geniş şəkildə keçirilib”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Kamal Cəfərov "Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş), "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihələrinə edilən təkliflər nəzərə alınıb: “Layihədə Qüdrət Həsənquliyevin, Adil Əliyevin təklifləri nəzərə alınıb və müvafiq dəyişiklik edilib. Millət vəkillərinin təklifi nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsinin 613-cü maddəsinə “minimal həddə” sözü əlavə edilib. Kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində olan hissələrdə müvafiq dəyişikliklər əksini tapıb. Fazil Mustafanın plenar iclasda narkomaniya ilə bağlı təklifinə uyğun olaraq dəyişikliklər edilib. Hər üç qanun layihəsinin qüvvəyə minmə müddəti cari ilin 1 iyun tarixinə dəyişdirilib və müvafiq texniki dəyişikliklər edilib. Hər üç qanun layihəsi vətəndaş cəmiyyəti, hüquq ictimaiyyəti tərəfindən yüksək dəstək alıb”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR