Dərc edildi: Baxış sayı: 284
Millət vəkili güllələndi: Zabrat yolu tam bağlandı
Hazırda Zabrat qəsəbəsinə yol bağlanıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, yolun bağlanmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Fazil Mustafanın Zabrat qəsəbəsində yerləşən evinin önündə güllələnməsindən sonra polis qəsəbəyə yolu bloklayıb.
Qeyd edək ki, bu gün saat 12:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.
Hazırda Fazil Mustafa 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyata qaldırılıb. TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət