Slimfit
  1. CƏMİYYƏT

Millət vəkili: “Erməni separatçıları Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüquq normalarını pozub”

Millət vəkili: “Erməni separatçıları Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüquq normalarını pozub”
Sakura

Millət vəkili: “Erməni separatçıları Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüquq normalarını pozub”

“Qarabağ müharibəsi zamanı erməni hərbçiləri, separatçılar Azərbaycan türklərinə qarşı xeyli sayda kütləvi qırğınlar, qətliamlar, soyqırımlar həyata keçirib. Onlardan biri də XX yüzilliyin böyük faciələrindən biri olan Ballıqaya qətliamıdır”.

Ens.az xəbər verir ki,bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu faciə Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Həmin qətliam zamanı bu ərazidə məskunlaşan insanlar erməni vəhşiliyinin qurbanı oldular. Ballıqaya qətliamı bir obanın, yaşayış məntəqəsinin faciəsidir. Ballıqaya qətliamı zamanı beynəlxaq humanitar hüququn bir sıra əsas tələbləri kobud şəkildə pozuldu. Mülki insanlar birbaşa hədəfə alındı, öldürüldü, azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirildi. Baş vermiş qətliam zamanı maldarlıqla məşğul olan mülki şəxslər belə , çobanlar və onların ailə üzvləri etnik mənsubiyyətlərinə görə yaşamaq hüququndan məhrum edildilər.

Baş vermiş qətliamla bağlı 1992-ci il avqustun 28-də Goranboy Rayon Hərbi Prokurorluğunda cinayət işi başlansa da, aparılan istintaq tədbirləri nəticəsində qətliamda iştirak edən terrorçulardan yalnız bəzilərinin şəxsiyyəti müəyyən edildi. Azərbaycan Respublikası tərəfindən aidiyyəti beynəlxalq təşklilatlara və o cümlədən Ermənistan Respublikasına cinayətkarların tapılaraq ədalətə təslim edilməsi ilə bağlı müraciət edilməsinə baxmayaraq, bu günə qədər bu amansız cinayətləri törədənlər layiqli cəzalarını almayıblar”.

A.Məmmədov bildirib ki, bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə atıblar: “Bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Bu gün bir erməni uşağının beyninə türklərə qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları erməni torpağı kimi qələmə verilir. Bu uşaqlar böyüyüb siyasətçi, hərbçi, jurnalist, idmançı olur və hər yerdə bizə qarşı düşmən mövqedə dayanırlar. Əslində bu xəstə təfəkkür ilk növbədə onların özünə zərbə vurur. Bu gün təcrid olunmuş vəziyyətə düşən Ermənistan yenə də ənənəsinə sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan torpaqlarına iddialarından geri çəkilmir, Dağlıq Qarabağla bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq status-kvonu uzatmağa çalışırlar. Ermənilərin bu xəstə təfəkkürü Azərbaycana, həmçinin türklərə qarşı olan bir sıra qlobal güclərin işinə də yarayır. Onlar dəfələrlə ermənilərdən bu məqsədlə alət kimi sitifadə ediblər və onlar yenə də istifadə obyekti olaraq qalırlar. Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR