Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Milçəklər koronavirusu yaya bilərmi?

Milçəklər  koronavirusu yaya bilərmi?
Sakura

Milçəklər koronavirusu yaya bilərmi?

Ens.az saytı bildirir ki, Bollivud aktyoru Amitab Baççanın, milçəklərin koronavirus ötürə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər Hindistan əhalisini həyəcanlandırıb.  O, bu fikirləri “Lancet” jurnalında dərc olunan COVID-19-un yayılması ilə bağlı beynəlxalq qrupun apardığı araşdırmaya istinad edərək deyib. ( Həmin araşdırmaya əsasən, tənəffüs sistemində artıq aşkar edilmədikdən sonra belə koronavirus testi  insan nəcisində  müsbət nəticə verə bilər.)

Aktyor sosial şəbəkələrdə yayımlanan videoda "Əgər bir milçək  xəstə olan insanın nəcisinə qonduqdan sonra meyvə, tərəvəz və ya digər qida məhsullarına qonursa belə halda,  infeksiya daha da yayıla bilər" deyib.

Hindistan Səhiyyə Nazirliyinin nümayəndəsi Lav Aqqarval aktyorun dediklərini təkzib etdikdən sonra yerli media Baççananı saxta məlumat yaymaqda  ittiham edib.  "Mən onun fikirləri ilə tanış deyiləm, amma texniki olaraq bu xəstəliyin yoluxucu olduğunu və milçəklər vasitəsilə yayılmadığını deyə bilərəm" nazirlik rəsmisi  mətbuat konfransında vurğulayıb.

Tədqiqatlar nə deyir?

Bundan əvvəl İranlı alimlər milçəklərin və tarakanların COVID-19-u mexaniki şəkildə ötürə biləcəyini araşdırmaq qərarına gəlmişdilər.  Tədqiqat Kaşan Tibb Universitetinin Sağlamlıq Sosial Tədqiqatları Mərkəzinin Ətraf Mühitin Mühafizəsi Departamentinin mütəxəssisləri və Tibb Elmləri Universitetinin Tibb fakültəsinin Tibbi Entomologiya şöbəsinin mütəxəssisləri tərəfindən aparılmışdı.

Onlar 16 yanvar - 15 mart 2020-ci il tarixlərində xəstələrdən 74 nəcis nümunəsində COVID-19 RNT aşkar edən Çinli həmkarlarının məlumatlarını araşdırdılar.  Bu nümunələrin təhlili,  xəstələrdə ilk simptomların başlanmasından sonra orta hesabla 27, 9 gün ərzində test nəticəsinin müsbət olaraq qaldığını göstərib. 

"Amma , oral-nəcis yolu COVID-19-un ötürülməsinə cavabdeh kimi görünmür.  Bunun rolu və əhəmiyyəti hələ müəyyənləşdirilməyib, amma ifrazatlar COVID-19 ötürülməsinin mümkün, vacib mənbəyi hesab edilə bilər "deyə İran alimləri yazırlar.

Buna əsaslanaraq tədqiqatçılar iddia edirlər ki, insan nəcisi ilə təmasda olan və ya qidalanan hər hansı bir orqanizm nəzəri olaraq COVID-19 ötürülməsində rol oynaya bilər.  Xüsusilə, milçəklər və tarakanlar 100-dən çox bakteriyaları mexaniki şəkildə ötürə bilir.  Bu böcəklər vərəm, ishal, dizenteriya, yatalaq, vəba poliomielit və digər xəstəliklərin bakteriyalarının ötürülməsində rol oynayır.

ÜST nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2019-nCoV, ilk növbədə hava damcıları  ilə ötürülə bilən  tənəffüs virusudur. İnsanlar  tənəffüs yollarından öskürək və ya asqırma  zamanı ətrafa yayılan damlacıqlar vasitəsilə yoluxa bilərlər.  İnfeksiyanın ikinci mümkün üsulu təmasdır, yəni koronavirus olan ağır tənəffüs damcılarının  yerləşə biləcəyi obyektlərə toxunmaqla.

Əvvəllər ÜST, yeni bir koronavirusun bir ağcaqanad dişləməsi ilə yoluxa biləcəyi nəzəriyyəsini səhv bir anlayış olaraq təsnif ediblər.  Qurumdan verilən məlumata görə, bu günə qədər ağcaqanad dişləməsi ilə COVID-19 ilə yoluxma ehtimalını təsdiqləyən heç bir məlumat yoxdur.  Virusun milçəklər tərəfindən yayılması ilə bağlı da eyni qayda aktualdır: tibbi mənbələr belə halları inkar edir.

Mənbə: aif.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR