Slimfit
  1. İQTİSADİYYAT

Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”

Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”
Sakura

Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”

“Bu il koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8 faiz azalma ilə nəticələnib.

“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 faiz azalıb, neft-qaz sektoru üzrə isə 7,8 faiz artıb”, - deyə o əlavə edib.

Nazir həmçinin bildirib ki, 11 ay ərzində əhalinin gəlirləri inflyasiya nəzərə alınmaqla 4 faiz azalıb:

“Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR