Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məzunlar attestatlarını nə vaxt və necə əldə edə biləcəklər?

Məzunlar attestatlarını nə vaxt və necə  əldə edə biləcəklər?
Sakura

Məzunlar attestatlarını nə vaxt və necə əldə edə biləcəklər?

Buraxılış imtahanlarının keçirilməsi şagirdlərə attestatların verilməsi məsələsini gündəmə gətirib. Belə bir vaxtda xeyli insanda attestatda balların necə yazılması  ilə bağlı suallar yaranıb.

Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na etdiyi dəyişikliyə əsasən isə, bundan sonra fənn üzrə illik qiyməti “2” olan şagirdlər də buraxılış imtahanında iştirak edərək attestat əldə edə biləcəklər.

Bəs, məzunlara təhsil sənədinin verilməsi necə həyata keçiriləcək? Onlar attestatlarını nə vaxt əldə edə biləcəklər?

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında təlimatda qeyd olunub.

Təlimata əsasən, təhsil sənədləri məzunlara məktəbi bitirdikdən bitirdikdən sonra ən geci 10 gün müddətində verilir. Problem yarandıqda təhsil müəssisələrinin rəhbəri məzunun attestatını vaxtında, yəni 1 ildən gec olmayaraq alması üçün lazımi tədbir görməlidir.         Sentyabrın 1-nə kimi təqdim olunmayan təhsil sənədləri doldurulmuş halda təhsil şöbəsinə qaytarılır.

Buraxılış sinif şagirdi xəstəxanada müalicə aldığı və orada tədris məşğələləri təşkil edildiyi halda, təhsil sənədini məktəbdən almalıdır.

Təhsil sənədləri, o cümlədən dublikatlar sahiblərinə şəxsən təqdim edilir. Məzunun yaxını olan başqa şəxsə isə yalnız müəyyən olunmuş qaydada etibarnamə ilə verilir.

Şagirdin təhsil sənədini alması üçün məktəb mövcud olmadığı, yaxud başqa tipə çevrildiyi hallarda təhsil şöbələri həmin məktəbin arxivinin saxladığı məktəbə bu sənədin verilməsi barədə göstəriş verirlər. Sənədlər digər arxivdə olarsa, onların verilməsini təhsil şöbəsinin müəyyən etdiyi məktəb həyata keçirir. Sənədi məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, pedaqoji şuranın 3 üzvü imzalayır və təhsil şöbəsinin möhürü vurulur.

Qeyd edək ki, şagirdlər attestata 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın I, 70 faizini isə II mərhələsindən toplaya bilərlər. Attestata yazılan bal qiymətə çevrilmir və məktəb tərəfindən şagirdə hər fənn üzrə verilən qiymətdən, ayrıca, yəni, fərqli qrafalarda yazılır. Şagirdin sinifdən sinfə keçməsiylə bağlı buraxılış imtahanında göstərdiyi nəticəyə heç bir məhdudiyyət qoyulmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR