Dərc edildi: Baxış sayı: 343
Məzahir Pənahov Latviyada parlament seçkilərini müşahidə edir
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya gedib.
“Report” xəbər verir ki, səfərdə məqsəd Latviya Seyminə keçirilən seçkiləri müşahidə etməkdir.
Nümayəndə heyətinə MSK-nın üzvü Fuad Cavadov, MSK Katibliyinin müdiri Rövzət Qasımov daxildir.
Qeyd edək ki, Milli Məclisin deputatı Kamran Bayramov da Latviyada parlament seçkilərini izləyir.
Xatırladaq ki, bu gün Latviya Seyminə seçkilər keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət