Slimfit
  1. TƏBİƏT

Meymunlar özlərini müalicə edə bilirlər

Meymunlar özlərini müalicə edə bilirlər
Sakura

Meymunlar özlərini müalicə edə bilirlər

Primatların, yəni meymunların kollektiv şüur, sosial yaşam və düşünülmüş davranışın primitiv səviyyəsindən hali olduqları bəllidir. O da məlumdur ki, qorilla, bonobo, oranqutan və şimpanze kimi meymunların aralarındakı "ən ağıllı"larının intellekt səviyyəsi 4-5 yaşlı uşağın düşüncəsi həddindədir.

Lakin meymunların ağrı, travma və ya xəstəlik zamanı özlərini müalicə etmələri, dərdlərinə çarə tapmağa çalışmalarının sübutu elm aləmində yeni sensasiya sayılır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İndoneziyanın Borneo adasındakı Borneo Təbiət Fondunda (Borneo Nature Foundation) çalışan alimlər unikal müşahidələr apararaq belə nəticəyə gəliblər.

2003-cü ildən bəri cəngəlliklərdəki oranqutan meymunlarını müşahidə edən və çəkilişlər aparan alimlər bu meymunların zxədə, travma aldıqları zamanı, yaxud da xəstələndikdə xüsusi otlar, çiçəklər, meyvələr və yarpaqlar vasitəsilə özlərini müalicə etməyə çalışdıqlarını görüblər.

Yaşlı oranqutanlar sınıqlar və travmalar zamanı xüsusi otları və yarpaqları arayır, onları çeynəyir, mət halına salandan sonra bədənlərində ağrıyan yerə çəkirlər.

Belə "dərman" qısa müddətdə effektini verir.

Özlərini müalicə edən oranqutanlar arasında "İndi" adlı meymun xüsusilə fərqlənir

Alimlər indi meymunların bu "təbabət"i araşdırır, elmə məlum olmayan yeni müalicəvi bitkiləri müəyyənləşdirməyə çalışırlar.

Hazırda Borneoda, Mərkəzi Kalimantanda, Sabanqau meşələrində tədqiqatlar aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR