Dərc edildi: Baxış sayı: 866
Mevlüt Çavuşoğlundan Ermənistana: “Ağlınızı başınıza yığın!”
Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribatla bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Ermənistana sərt dildə ismarıc yollayan Çavuşoğlu təxribat nəticəsində şəhid olmuş hərbi qulluqçumuz Məmmədov Elşən Əli oğlunun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib:
“Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğluna Allahdan rəhmət, ailəsi və qardaş Azərbaycana başsağlığı verirəm. Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı davasında daim yanındayıq!”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət