Metropoliten bu məhdudiyyəti aradan qaldırdı
2018-ci il ərzində Bakı Metropoliteni QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib.
Bu barədə Axar.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
"Vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir. Onu da qeyd etmək lazımdır ki, bununla yanaşı, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar mövcuddur", - məlumatda bildirilib.
Qeyd edilib ki, Bakı Metropoliteni QSC sədrinin tapşırığına əsasən, bu sahədə işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaş qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb.
Xatırladaq ki, bu gün Prezident Administrasiyası vətəndaş qəbulunda nöqsana yol verən qurumların adını açıqlayıb. Həmin siyahıda Bakı Metropoliteni QSC də var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət