Slimfit
  1. CƏMİYYƏT

Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib

Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
Sakura

Mətbuat Şurası jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib

Müxalifət nümayəndələrindən ibarət Milli Şura oktyabrın 19-da metronun “28 May” stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib. 

Mətbuat Şurasından "Report"a daxil olan məlumatda qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. 

Bununla əlaqədar Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.

Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcək. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcək. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri – 050 206 96 02; 055 288 95 53.

Azərbaycan Mətbuat Şurası eyni zamanda mitinqi işıqlandıracaq jurnalistlərə üzərində “Press” yazılmış gödəkçələrdə olmağı tövsiyə edir. Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir.

Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaq.

Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR