Dərc edildi: Baxış sayı: 599
Məşhur "Youtuber"ə 50 il həbs cəzası verildi
Meksikanın Çihuahua əyalətində 2018-ci ildə 5 dostu ilə birlikdə bir qadını qaçırıb, fidyə istəyən "Youtuber" German Abraham Loera Akostaya 50 il həbs cəzası verilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, iki il əvvəl 33 yaşlı qadını qaçıran qruplaşma üzvlərinə həmçinin 25 min dollar da cərimə kəsilib.
Qeyd edək ki, Akosta və dostları vəkil olan qadını qaçırdıqdan sonra 103 min dollar dəyərində bitkoin istəmişdilər. Polisin gerçəkləşdirdiyi əməliyyat sayəsində qadın xilas edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət