Slimfit
  1. KİTABLAR

Məşhur sitatların tarixçəsi: gələcəyi əvvəlcədən görmək olmaz, amma ixtira etmək olar

Məşhur sitatların tarixçəsi: gələcəyi əvvəlcədən görmək olmaz, amma ixtira etmək olar
Sakura

Məşhur sitatların tarixçəsi: gələcəyi əvvəlcədən görmək olmaz, amma ixtira etmək olar

Struqaçkinin 1967-ci ildə yazdığı “İyrənc qu quşları” povesti senzuradan keçmədi. 5 il sonra o AFR-də, SSRİ-də isə Qorbaçovun vaxtında dərc edildi. Onda belə bir dialoq var:

- ...Müdrik bir adam deyib ki, gələcəyi əvvəlcədən görmək olmaz, amma onu icad etmək olar.

- Başqa müdrik insan deyib, - Viktor qeyd edib, - gələcək ümumiyyətlə mövcud deyil, ancaq reallıq var.

- Mən klassik fəlsəfəni xoşlamıram, - Pavor deyib. - (...) Gələcək - tamamilə zərərsizləşdirilmiş reallıqdır.

Hər üç replikada üç məqam var. Üçüncü povest müəlliflərinə məxsusdur, ikinci müəyyən müəllifə malik deyil, birinci isə Dennis Qaborun kitabından götürülüb.

Dennis (Deneş) Qabor (1900-1979) Macarıstanda yəhudi ailəsində doğulub. 1921-ci ildən o, Almaniyada oxuyub və işləyib, hakimiyyətə nasistlərin gəlişindən sonra İngiltərəyə mühacirət edib. Burada o holoqrafiyanı ixtira edib, buna görə də 1971-ci ildə Nobel mükafatı alıb. “Gələcəyin ixtirası” kitabında (1963) Qabor yazırdı:

Biz əvvəlki kimi öz taleyimizin sahibləri kimi qalırıq. Heç bir rasional düşüncə, hətta kompüter belə, gələcəyi əvvəlcədən xəbər verə bilməz. Bizim edə biləcəyimiz, - imkanlarımızın sahəsini müəyyənləşdirməkdir ki, orada gələcək özünü reallıqda aşkar edir və bu imkanların həyata keçirildiyi sabah artıq fərqli görünəcək. Texnoloji və sosial ixtiralar hər zaman imkanların sahəsini genişləndirir; hazırda o, sənaye inqilabından əvvəl ilə müqayisədə çox genişdir - yaxşı olsa da, pis olsa da.

Gələcəyi əvvəlcədən görmək olmaz, amma ixtira etmək olar. Məhz ixtira etmək bacarığı cəmiyyəti indi olduğu kimi edib.

Yazıçı və jurnalist Naycel Kolder Qaborun kitabına olan rəyində onun sözlərini başqa formada bildirib: “Gələcəyi əvvəlcədən xəbər verməyin ən yaxşı yolu - onu ixtira etməkdir” (“New Scientist”, 28 mart 1963-cü il).

“İyrənc qu quşları”nda Qaborun kitabından daha bir sitat gətirlib: “Tarixdən üç yüz insanı götürsək, biz hələ də daş dövründə yaşayardıq”.

Struqaçkinin həmin povestində çox işlədilən daha bir sitat var:

- Gələcək sənin tərəfindən yaradılır, sənin üçün yox.

Anatol Fransın “Ağ daş üzərində” (1903) adlı fəlsəfi romanında deyilir: “Gələcək, onu edənlər üçün belə gizlidir”.

Əgər Qabor gələcəyi icad etməyi təklif edirdisə, onda Rey Bredberi onun qarşısının alınması barədə düşünürdü.

“Dünyanın ruhu” povestinə yazdığı önsözdə Teodor Starcon xatırlayırdı: “Söhbət “1984” romanından gedəndə Bredberi qeyd etdi ki, Corc Oruell tərəfindən təsəvvür olunan dünya reallıq olmayacaq - çünki Oruell onu yazıb. “Elmi fantastikanın təyinatı, Bredberi deyirdi, - təkcə gələcəyi əvvəlcədən xəbər vermək deyil, həm də onun qarşısını almaqdır”.

Bredberinin “1984-cü ildən sonra: İnsan-maşınlar” (1982) essesi bu sözlərlə başayırdı: “Məndən gələcəyi xəbər verməyi xahiş edirlər, buna baxmayaraq mən onun qarşısını almağa çalışıram”.

Adətən bu fikri başqa cür deyirlər: “Mən gələcəyi görməyə cəhd etmirəm. Mən onun qarşısını almaq istəyirəm”.

Çoxları Bredberinin: “...Mən onun qarşısını almaq istəyirəm” - sözündən sonra belə davamının olduğunu bilmir: “və ya onu daha yaxşı qurmaq istəyirəm”. 

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR