Dərc edildi: Baxış sayı: 491
Məşhur səs yarışmasında Azərbaycanı o təmsil edəcək
Hər il olduğu kimi bu il də Qazaxıstanda baş tutacaq “Voice Of Nursultan” festivalına bir çox ölkələrdən ifaçılar dəvət olunub.
"Ölkə.Az" xəbər verir ki, festivalda Azərbaycanı öz musiqiləri ilə müğənni Samira Əfəndi təmsil edəcək. Portuqaliya, Ukrayna, Gürcüstan, Rusiya və bir çox ölkələrdən festivala qatılan ifaçılar kimi S.Əfəndi də oktyabrın 25-də öz repertuarında yer alan bəstələri, oktyabrın 26-da isə qazax dilində ifa etdiyi mahnı ilə çıxış edəcək.
Oktyabrın 28-də isə S.Əfəndi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Belarusiyanın Minsk şəhərində Azərbaycan Gənclər Günü münasibəti ilə təşkil ediləcək konsert proqramında çıxış edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət