Slimfit
  1. DÜNYA

Məşhur rəssamın çəkdiyi əsər yenidən oğurlanıb

Məşhur rəssamın çəkdiyi əsər yenidən oğurlanıb
Sakura

Məşhur rəssamın çəkdiyi əsər yenidən oğurlanıb

Məşhur hollandiyalı rəssam Frans Halsın (1582-1666) çəkdiyi "Pivə bakalı əlində iki gülən oğlan uşağı" rəsmi Lerdam şəhərində yerləşən Xofi van Arden muzeyindən oğurlanıb.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, oğurluq avqustun 18-dən 19-na keçən gecə baş verib. Oğrular muzeyin arxa qapısını sındıraraq şəkli oğurlayıblar.

"Bu xəbər bizi çox kədərləndirdi. Ümid edirik əsər yaxın zamanlarda tapılıb muzeyə qaytarılacaq", - deyə şəhər meri Sors Froxlix bildirib. Onun sözlərinə görə bu cinayət işinin açılmasına çoxlu polis cəlb olunub.

Qeyd edək ki, əsər artıq üçüncü dəfədir oğurlanır. Bundan öncə rəsm əsəri 1998 və 2011-ci ildə oğurlanmışdır. Birinci dəfə rəsm 3 il, ikinci dəfə isə 6 aydan sonra tapılaraq muzeyə qaytarılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR