Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Məşhur professor cavanlıq sirlərini açıqladı: Hər gün 3 saat bunu etsəniz...

Məşhur professor cavanlıq sirlərini açıqladı: Hər gün 3 saat bunu etsəniz...
Sakura

Məşhur professor cavanlıq sirlərini açıqladı: Hər gün 3 saat bunu etsəniz...

Türkiyənin tanınmış kardioloqu Canan Karatay səhər yeməyində turpla kərə yağı yeməyi məsləhət görüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı məşhur professor yenə də açıqlamaları ilə gündəm yaradıb. Zeytun yağının yüksək kalorili olmasına baxmayaraq, həzm prosesini sürətləndirdiyini deyən Karatay sözlərinə belə davam edib:

“Zeytun yağı əslində yağ deyil. Zeytun meyvəsinin suyudur. Ən sağlam meyvədir. Hər zaman deyirəm ki, zeytun yağı ana südünə bərabərdir. Yeməklərdə mütləq istifadə etməlisiniz. Xüsusilə reanimasiyada və ya xroniki xəstəlikləri olanlar səhər və axşam bir qəhvə əsl zeytun yağı içməlidir. Bu, bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını təmin edir, qanı duruldur, immum sistemini gücləndirir, alzeymerin qarşısını alır, bədəndə yığılan sərbəst radikalları yox edir. İnsult, şəkər xəstəliyi və qaraciyər yağlanmasının qarşısını alır. Kalorinin yüksək olmasına aldanmayın. Kökəltmir, əksinə arıqladır”.

Professor sonra əlavə edib ki, Urfa və Trabnoz kərə yağı zeytundan sonra ən sağlam yağdır:

“Damarları tıxamır. Hərəkət edirəm, kərə və zeytun yağından istifadə edirəm. Artıq soyuqlar düşüb, səhər yeməyində turpa zeytun yağı sürtüb yemək xeyirdir”.

C.Karatay cavanlıq sirlərini də paylaşıb:

“Hər gün 3 saat üzüb günəşlənirəm. Yuxuma çox diqqət edirəm. Bağırsaqları qorumaq çox mühümdür. Sağlam qidalandığım üçün gənc və sağlam görünürəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR