Dərc edildi: Baxış sayı: 149
Məşhur nəşr Trampın Ukrayna münaqişəsinin həllinə dair planından yazdı: Zelenskiyə nə təklif edəcək?
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın ətrafı silah tədarükü müqabilində Kiyevə ən azı 20 il müddətinə NATO-ya üzv olmaq planlarından imtina etməyi təklif edə bilər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri mənbələrə istinadən məlumat verib.
Nəşr bildirir ki, belə bir plan, həmçinin demilitarizasiya zonasının yaradılması və münaqişənin dondurulmasını da nəzərdə tuta bilər.
Xatırladaq ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni yoluna qoymaq barədə söz verib, lakin eyni zamanda, Moskvanın münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərin onun üçün qəbuledilməz olduğunu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət