Məşhur məşqçi hiyləgər dəyişikliyə əl atdı
Futbol üzrə Rumıniya çempionatının II turunda keçirilmiş "Qaz Metan" - ÇFR matçında maraqlı hadisə baş verib.
"Report"un məlumatına görə, CFR-in baş məşqçisi Dan Petresku oyun başlayandan 24 saniyə sonra əvəzetmədən istifadə edib. 53 yaşlı mütəxəssis görüş başlayan kimi 18 yaşlı Alin Fikunu oyundan çıxarıb.
Reqlamentə əsasən, yaşı 21-dən çox olmayan klubun iki yetirməsi start heyətində meydana çıxmalıdır. Fikudan başqa, ÇFR-in digər yetirməsi Valentin Kostaçe ilk dəqiqələrdən meydanda olub.
Rumıniyanın "Botoşani" klubunun baş direktoru Valeri İftime məsələyə münasibət bildirib: "Petroskunun məqsədi meydana daha təcrübəli komanda buraxmaqdır. Bu dəyişiklik qaydalara ziddir. CFR titul qazanmaq üçün hər şey etməyə hazırdır. Amma bu hərəkət qınanılmalıdır".
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə sona çatıb.
Dövrünün məşhur rumın futbolçularından olan Dan Petresku karyerası ərzində İtaliyanın "Cenoa", İngiltərənin "Çelsi" və "Sauthempton" kimi tanınmış klublarının formasını geyinib. 2003-cü ildən məşqçiliyə başlayan 53 yaşlı mütəxəssis 2019-cu ildən CFR-ə rəhbərlik edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət