Slimfit
  1. CƏMİYYƏT

Məşhur həkim karantinin aradan qaldırılmasının vacib şərtlərini sadaladı

Məşhur həkim karantinin aradan qaldırılmasının vacib şərtlərini sadaladı
Sakura

Məşhur həkim karantinin aradan qaldırılmasının vacib şərtlərini sadaladı

Həkim və televiziya aparıcısı Yevgeni Komarovski koronavirus pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri zəiflətməyin mümkün olduğu şərtləri sadalayıb.

Publika.az xəbər verir ki, həkim bu barədə yutub kanalında danışıb. Komarovski hesab edir ki, xəstəxanalar müalicəyə ehtiyacı olan bütün xəstələri təhlükəsiz müalicə edə bilməlidir.

“Daha doğrusu həkimin iki xəstədən hansını nəfəs aparatına qoşmaq seçimi olmamalıdır. Bundan əlavə, karantin tədbirlərini zəiflətmək və aradan qaldırmaq üçün ən azı 14 gün ərzində yoluxma hallarının davamlı azalması qeyd edilməlidir”, - deyə həkim izah edib.

Komarovski qeyd edib ki, bu, dövlətin kütləvi şəkildə testləri sınaq keçirəcəyi halda mümkün ola bilər. Odur ki, həkim izləyiciləri yalnız yeni infeksiyaların sayına deyil, aparılan testlərin sayına da diqqət yetirməyə çağırıb.

Komarovskinin fikrincə, vəziyyətin ciddiliyini göstərə bilən iki amil var: reanimasiya şöbələrində xəstələrin sayı və sınaqdan keçənlər arasında müsbət diaqnoz faizi.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR