Slimfit
  1. CƏMİYYƏT

Meşəli soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir - Hərbi prokurorun böyük köməkçisi

Meşəli soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir - Hərbi prokurorun böyük köməkçisi
Sakura

Meşəli soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir - Hərbi prokurorun böyük köməkçisi

Meşəli hadisələri 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırım cinayətlərinin bir epizodudur - Hərbi prokurorun böyük köməkçisi

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi İsmayıl Əliyev deyib.

Onun sözlərinə görə, Meşəli kəndində baş verən soyqırım erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırım cinayətlərinin bir epizodudur. Həmin cinayət hadisəsi ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitində istintaqı başa çatdırmaq mümkün olmamış, lakin istintaq uğurla davam etdirilmiş və müəyyən edilmişdir ki, Xaçatryan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonu, Meşəli kənd əhalisinə silahlı basqın edərək 25 nəfəri qətlə yetirmiş, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirmiş və 338 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb.

İsmayıl Əliyev həmçinin bildirib ki, Vaqif Xaçatryanın həmin cinayəti törətməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilib.

Onun sözlərinə görə, 2013-cü ildə Vaqif Xaçatryan Meşəli soyqırımı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilərək o, beynəlxalq axtarışa verilib. V.Xaçatryanın axtarışı istiqamətində həmin vaxtdan beynəlxalq təşkilatlarla danışıqlar aparılıb, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR