Dərc edildi: Baxış sayı: 862
Məşədi Xanım Leyli - Həlal qıl məni, ey şairi-fikar, ölürəm
Həlal qıl məni, ey şairi-fikar, ölürəm,
Edib daha məni gürgi-ecəl şikar, ölürəm.
Zəmanə qoymadı bir dəm deyim gülüm, danışım,
Gözümü qoydu mənim səndə intizar ölürəm.
Bahari-ömrumü dövrani-dun xəzan etdi,
Olundu işrətimin rəxti tarümar, ölürəm.
O a8,ayan gözünə gözlərim fəda olsun,
Dayanma, al kəfənim, hazır et məzar, ölürəm.
Məni bağışlaginən, çox xəcalətəm səndən,
Cəfamı çəkmisən, əfsus səd həzar, ölürəm.
Nişanə qalmadı məndən, qizım da öldü mənim,
özümə oldu əcəb tirə ruzigar, ölürəm.
Qızımla mən sənə, ey aşiqim, fəda olduq!
Bu bir qəzəl sənə məndəndi yadigar, ölürəm.
Həlal qılginən, ey dust, xəstə Leylini,
Görüm ola senə pərvərdigar yar, ölürem.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət