Slimfit
  1. MARAQLI

Meşədə 22 il tək yaşayan adam: yalnız o qalıb

Meşədə 22 il tək yaşayan adam: yalnız o qalıb
Sakura

Meşədə 22 il tək yaşayan adam: yalnız o qalıb

Amazon çayının ətrafındakı cəngəlliklərdə tayfasının sağ qalmış son adamı olan şəxsin görüntüləri əldə olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Braziliya ilə Boliviyanın sərhədində, Rondoniyad bölgəsində çəkilmiş videoda təqribən 50 yaşlı kişi əks olunub. Alimlərin dediklərinə görə, o tam 22 il tənha yaşayıb.

"Onun halı yaxşıdır. Ova çıxır, papaya və qarğıdalı yetişdirir. Daim fiziki aktiv olduuğ üçün sağlamlığı əla vəziyyətdədir", - Hinduların Milli Fondunun regional koordinatoru Altair Alquer deyib.

Alim onu da deyib ki, cəngəllikdə yaşayan şəxs yay-oxla ova çıxır, habeləç dibində ucu itilənmiş budaqlar basdırılmış tələ-xəndəklər qazır.

Rondoniya bölgəsində ömür sürən funay qəbiləsinin mənsubu olan bu adam bəşəriyyətin faciəli olaylarından biridir. Çünki o, sağ qalmış son funaydır.

Funay qəbiləsi 1970-1980-ci illərdə cəngəllikləri ələ keçirən fermerlər və şirkətlərin soyqırımına məruz qalıb. 1995-ci ildə son 6 funaylı mühasirəyə alınmışdı. 5 nəfər qətlə yetirilmiş, indi meşədə yaşayan qaçıb canını qurtarmışdı.

Braziliyadakı Hinduların Milli Fondu onu 1996-cı ildə aşkarlayıb və həmin vaxtdan bəri son funayı müşahidə edir. Həmin şəxslə təmas qurulmur, amma yaşadığı ərazi qorunur.

Hazırda Braziliya ərazisindəki cəngəlliklərdə sivilizasiyadan təcrid olunmuş 113 qəbilə yaşadığı güman edilir. Hələlik onlardan yalnız 27-nin mövcudluğu təsdiqlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR