Slimfit
  1. MEDİA

Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib

Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib
Sakura

Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib

Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib

Bu gün AMEA Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.

Akasiyada AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələrinin rəhbərləri, Mərkəzi Nəbatat Bağının əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Prezident, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunan 60 ədəd Şərq çinarından ibarət “Prezident Çinarlığı”nın salınması işlərinə baxış keçirilib. 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Mərkəzi Nəbatat Bağının 1934-cü ildə Bakı şəhərində yaşıllaşdırma işlərinin aparılması, Azərbaycan və digər ölkələrin bitki nümunələrinin toplanılaraq kolleksiyalarının yaradılması məqsədilə yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, hazırda Bağda müxtəlif kolleksiyaların hazırlanması ilə yanaşı, həm də dərman bitkiləri üzrə elmi tədqiqatlar aparılır. 

O, hazırda AMEA-da bütün istiqamətlər üzrə aparılan genişmiqyaslı islahatların Mərkəzi Nəbatat Bağından da yan keçmədiyini diqqətə çatdırıb. Vitse-prezident AMEA prezidentinin göstərişinə əsasən, Bağa yeni rəhbərliyin təyin olunması ilə burada ciddi islahatlara başlanıldığını, həmçinin elmi tədqiqat işlərinin yeni prioritetlərinin müəyyənləşdirildiyini bildirib. 

Akademik İ.Hüseynova Mərkəzi Nəbatat Bağında Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan “Prezident Çinarlığı”nın salınmasını yüksək qiymətləndirib, elmi ictimaiyyət adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edib.

Bağda məhz çinar meşəsinin salınmasının bir neçə rəmzi məna kəsb etdiyini deyən İ.Hüseynova bu təşəbbüsün Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər ilə Azərbaycan xalqını məğrur edən, onun qürurunu qaldıran və qalib xalqa çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ömrünün uzunömürlülük rəmzi olan bu ağac kimi uzun olmasına işarə etdiyini bildirib. Əlavə edib ki, digər tərəfdən ermənilər işğal dövründə Zəngilanda yerləşən, Avropada yeganə hesab olunan çinar meşəsini məhv etmişdilər. O, bu çinarlığın salınmasının ermənilərin vandallığına qarşı da bir cavab olduğunu diqqətə çatdırıb: “Vaxt gələcək, bu çinarlıq xalqımız kimi qol-budaq atacaq və Azərbaycanın yaşıllıq ərazilərindən biri kimi xalqın sevimli məkanına çevriləcək”. 

Daha sonra Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev Bağda görülən işlərə dair ətraflı məlumat verib. Qeyd edib ki, qısa müddətdə 41 hektar sahəni əhatə edən ərazinin təxminən 3 hektarlıq ekskursiyaya açıq s ahəsikol-kos və qurumuş ağaclardan təmizlənmiş, quru budaqların budanması, ağac diblərinin bellənməsi kimi zəruri aqrotexniki tədbirlər həyata keçirilmişdir. 

Baş direktorun sözlərinə görə, bərpa işləri zamanı Bağda suvarma sisteminın səmərəli təşkili məqsədilə müxtəlif diametrli yeni su boruları və su təhcizatı şəbəkəsi qovşaqları quraşdırılmışdır. Həmçinin su hovuzlarının təmizlənilməsi və təmiri həyata keçirilmişdir.

“Bağda yol infrastrukturu müasir vəziyyətə çatdırılaraq ziyarətçilərin rahat gediş-gəlişinin təmin olunması üçün genişmiqyaslı təmir-tikinti işləri aparılmışdır. Ekskursiyaya açıq sahələrdə müasir işıqlandırma sisteminin quraşdırılması istiqamətində işlər uğurla davam etdirilmişdir. Baş direktor onu da əlavə edib ki, qeyd olunan işlər çərçivəsində Bağın 1-ci sahəsi 75 ədəd yeni işıq dirəkləri ilə təhciz edilib. 10 000-dən çox dekorativ bitki və meyvə ağaclarının əkilib.

Natiq Allahverdiyev qeyd edib ki, Nəbatat Bağında mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində çay kolleksiyası da yaradılıb. Bu məqsədlə Azərbaycanın Lənkəran bölgəsindən çay tingləri gətirilərək Bağın ərazisində ayrılmış xüsusi sahədə əkilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR