Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub

Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub
Sakura

Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevin də kitab kolleksiyası daxil olub.

Kolleksiyaya Fuad Əliyevin həmmüəllifliyi ilə çap olunmuş “Azərbaycanın qərb bölgəsinin faydalı boyaq bitkiləri”, “Azərbaycanın təbii sərvətlərinin bioloji fəal maddələri”, “Bitki mənşəli təbii boyaqlar”, “Bitkilər müalicə mənbəyidir”, “Gəncəbasarın yabani tərəvəz bitkiləri”, “Kimya ekologiya və sağlamlıq”,  “Тəbii mühit və insan” kitabları ilə yanaşı, akademikin layihə rəhbərliyi və redaktorluğu ilə dərc edilmiş “Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhəri”, “Heydər Əliyev Fondu və Gəncə”, “Gəncə İmamzadə türbəsi” kitabları, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş monoqrafiyalar, “Məhsəti Gəncəvi dövründə sənətkarlıq” kitabı, AMEA Gəncə bölməsinin, Nizami Gəncəvi Mərkəzinin, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə çap olunmuş nəşrlər, eləcə də ayrı-ayrı müəlliflərin kitabları daxildir. Akademik Fuad Əliyevin kitab kolleksiyası AMEA-nın  Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda, elmi dünya miqyasında tanıdan, Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin MEK-ə  hədiyyə etdiyi sənədlər, nəşrlərdən ibarət kolleksiyaların qorunduğu Akademiklər fondunda saxlanılacaq. Hazırda kitabxanada bu qəbildən Yevgeni Bertels, Boris Zaxoder, Yevgeni Paxomov, Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

Xatırladaq ki, regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ informasiya xidməti servisi paketi təklif edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR