Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib

Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib
Sakura

Mərkəzi Elmi Kitabxana hərbi hissəyə kitablar hədiyyə edib

Dekabrın 6-da Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində Ümumdünya Əlillər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) da dəstək verib.

         Tədbirdə çıxış edən Kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü hərbiçiləri Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin 100 yaşının tamam olması münasibətilə təbrik edib. MEK tərəfindən Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə çap olunmuş kitabları hərbi hissəyə hədiyyə etdiyini deyib.

         Tədbirdə Mərkəzi Elmi Kitabxananın Layihələrə nəzarət bölməsinin rəhbəri Habil Əliyev, Müdafiə Nazirliyi və digər qurumlardan da əməkdaşlar iştirak ediblər.

         Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği və kitab almaq imkanı məhdud olan insanlara, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan olması məqsədilə mütəmadi olaraq kitab hədiyyəsi edir və açıq kitabxana aksiyaları həyata keçirir. Aksiya çərçivəsində AMEA-nın müəssisələrinə, ali məktəb kitabxanalarına, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Dövlət Təhlükəsizlik Xidmətinə, Pirallahı rayon İcra Hakimiyyətinə, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarını genişləndirilməsi məqsədi ilə kitablar təqdim edilib.

 

 

         AMEA Mərkəzi Elmi Kitabxana

         Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR