Mərkəzi Bank bu şirkətə cərimə yazdı
Azərbaycan Mərkəzi Bankı (AMB) “Sparea part auto 2016” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edib.
Ens.az Pravda.az-a istinadən xəbər verir ki, AMB protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.
İş Oğuz Rayon Məhkəməsinin hakimi Səadət Zeynalovanın icraatındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət