Slimfit
  1. DÜNYA

Merkeldən Rusiyanın Belarusa göndərdiyi qrupla bağlı açıqlama

Merkeldən Rusiyanın Belarusa göndərdiyi qrupla bağlı açıqlama
Sakura

Merkeldən Rusiyanın Belarusa göndərdiyi qrupla bağlı açıqlama

Ümid edirəm ki, Rusiya Belarusda hüquq-mühafizə orqanlarından ibarət rezervdən istifadə etməyəcək.

Ens.az Axar.Az-a istinadən xəbər verir ki,bunu Almaniya kansleri Angela Merkel deyib.

“ümid edirəm ki, işlər bu qüvvənin istifadəsinə gəlib çıxmayacaq. İnsanlar küçələrə çıxıblar ki, öz haqlarını azad ifadə edə bilsinlər. Qərb Rusiya ilə münasibətlərini qorumalıdır. Hazırkı siyasəti dəyişməyə ehtiyac yoxdur”, – deyə o bildirib.

Qeyd edək ki, Putin ötən gün mediaya açıqlamasında Lukaşenkonun xahişi ilə hüquq-mühafizə orqanı əməkdaşlarından ibarət müəyyən ehtiyat topladığını, lakin vəziyyət nəzarətdən çıxmayana qədər bundan istifadə edilməyəcəyi barədə razılaşdıqlarını bildirmişdi.

Rusiyanın 1500 nəfərdən ibarət sözügedən qrupunun Belarusda olduğu da bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR