Slimfit
  1. İDMAN

“Mercedes”in icraçı direktoru: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirik"

“Mercedes”in icraçı direktoru: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirik"
Sakura

“Mercedes”in icraçı direktoru: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirik"

“Heyrətamizdir – 1000-ci Qran-pridə əvvəlcə "poul"u qazandıq, sonra yarışın gedişinə tam nəzarət etdik”.

Report” “Sky Sports”a istinadən xəbər verir ki, bunu Almaniya “Mercedes”inin icraçı direktoru Toto Volff komandanın pilotu Lüis Hemiltonun Çin Qran-prisində əldə etdiyi qələbədən sonra deyib. Avstriyalı funksioner eyni anda iki pit-stop reallaşdırmaları ilə fəxr etdiyini söyləyib: “Belə vəziyyətdə hər şeyi əldən vermək təhlükəsi var. Amma biz fikirləşdik ki, əvvəlcə bir, sonra digər pilotu pit-stopa çağırmaqla mövqeyimizi itirə bilərik. Mexaniklər əla işlədilər. Əlbəttə Valtteri narazı olacaq. Çünki qələbə üçün yetərincə sürətli idi. Lakin start həlledici amil oldu”.

T.Volff 26 – 28 apreldə keçiriləcək Azərbaycan Qran Prisi barədə də fikirlərini bölüşüb: “Bakıdakı tras əvvəkilərdən fərqlənir. Oradakı birbaşa yollar çox uzundur. Opitmal gücün nisbətindən və gücün sıxılmasından çox şey asılıdır. Növbəti maraqlı mübarizə ərəfəsindəyik. Yarışı səbrsizliklə gözləyirik”.

Qeyd edək ki, “Mercedes” Şanxaydakı zəfərlə 1992-ci ildən bəri mövsümün startında ardıcıl 3 qələbə əldə edən ilk komanda olub. Hemilton Şanxaydan öncə Bəhreyn Qran Prisində birinci yeri tutub. Onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen 27 xalla 3-cüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR