Slimfit
  1. DÜNYA

Mer göyərçin yemləməyi qadağan etdi

Mer göyərçin yemləməyi qadağan etdi
Sakura

Mer göyərçin yemləməyi qadağan etdi

Rusiyanın Maqadan şəhərinin meri Yuri Qrişan qəribə qaydaya imza atıb. Şəhər rəhbəri sakinlərə göyərçin yemləməyi qadağan edib.

Bizimyol.info xəbər verir ki, meri quşların “Şimal işıqları” ticarət mərkəzinin qarşısındakı meydanda gül cərgələrini sıradan çıxarması qəzəbləndirib. Qrişan deyib: “Başa düşürəm, sakinlər göyərçin yemləməyi çox sevir. Amma bilsinlər ki, bu ətrafı zibilləmək anlamına gəlir və özü ilə inzibati məsuliyyət gətirir”.

Mer göyərçinlərin şəhərə qağayılardan və itlərdən az problem yaratmadığını bildirib.

Qanunvericiliyə görə, nə Rusiyada, nə də Maqadanda göyərçin yemləmək qadağan olunub. Sadəcə, şəhərin abadlaşdırılmasına mane olmaq inzibati xətalar məcəlləsi ilə tənzimlənir. Buna görə 2500-5000 rubl cərimə nəzərdə tutulub.

Əslində, dünyada göyərçin yemləməyə qadağa təcrübəsi var. Məsələn, Böyük Britaniyada, İtaliyanın kurort şəhəri Venesiyada, Avstriyanın paytaxtı Vyanada bu məsələ yasaq olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR