Dərc edildi: Baxış sayı: 331
“Məqsədim budur” – Ərdoğan Hakan Fidanı Rusiyaya göndərir
“Fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik”.
Ens.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Məqsədimiz cənab Putinlə telefon danışıqlarımız vasitəsilə Rusiyanın taxıl dəhlizi məsələsinə münasibətini müsbətə doğru dəyişdirməkdir. Sentyabrda Hindistanda G20, ABŞ-da BMT Baş Assambleyasının sammitləri keçiriləcək. Bu sıx qrafikdə fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik. Tezliklə xarici işlər naziri (Hakan Fidan) Rusiyaya səfər edə bilər. Çünki bu işin üz-üzə olması böyük əhəmiyyət kəsb edir, nəticəni bu şəkildə almaq çox daha doğru olar”, - prezident bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət