Slimfit
  1. MARAQLI

Mənzillərimizdə radiasiya saçan əşyalar

Mənzillərimizdə radiasiya saçan əşyalar
Sakura

Mənzillərimizdə hansı predmetlər radiasiya saçır

Radiasiyanın mənbəyi yalnız bir atom elektrostansiyası olmaya bilər.

Bizi əhatə edən bir çox prrdmet də radioaktivdir. Onlar gündəlik həyatda istifadə olunur və sağlamlıq üçün son dərəcə təhlükəlidir.

Yemək qabları

Təəccüblüdür ki, qablar radiasiya mənbələrindən biridir. Bu, ilk növbədə büllurdan olan məmulatlara aiddir. Məsələ bundadır ki, həmin materialda qurğuşun var. Yan servantda qaldığı vaxt zərər vermir, ancaq içinə nəsə qoyib saxlananda təhlükəli ola bilər. Gildən hazırlanmış - parlaq sarı və ya narıncı şir (şirəylə) ilə tökülmüşsə, eləcə də keramikadan olan qablar daha çox radioktivdir. Tərkibində uran duzları var.

Jurnallar

Bir jurnal heç kimə zərər verməyəcək, ancaq 10 ildən çox müddətdir onları toplayırsınızsa, təmizliyi düşünməlisiniz. Çapda istifadə olunan boyanın tərkibində kaolin var. Bu ağ gilin bir növüdür. Kaolin uran və toriumun izotoplarını yığmağa qadirdir.

Pişik tualeti üçün aşqar

Onların hazırlandığı materialın tərkibində bentonit var. Rütubəti yaxşı mənimsəyir və qoxuları zərərsizləşdirir, eyni zamanda uran və toriumun qalıqlarını da yığır.

Keramik plitə

Digər bir təhlükə mənbəyi vanna otaqlarındakı plitələrdir. Burada zərərli maddələrin miqdarı çox olur, çünki otaqlar havalandırılmır. Yenə də keramik plitələrdən hazırlanan gil günahkardır. Əgər onun xammalı çirkli yataqlardan əldə olunubsa, radiasiya yaya bilər.

Mənbə: lenta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR