Slimfit
  1. AZƏRBAYCAN

Mənsimovun həbsi ilə bağlı “Palmali”dən – Bəyanat

Mənsimovun həbsi ilə bağlı “Palmali”dən – Bəyanat
Sakura

Mənsimovun həbsi ilə bağlı “Palmali”dən – Bəyanat

Palmali Şirkətlər Qrupunun qurucusu və sahibi Mübariz Qurbanoğlu (Mənsimov) ona qarşı edilən böyük bir haqsızlıq və hüquqsuzluq ilə bir neçə aydır qarşı-qarşıyadır.

Axar.az xəbər verir ki, bu sözlər Palmali Şirkətlər Qrupunun Mübariz Mənsimovun həbs olunması ilə bağlı yaydığı bəyanatda əks olunub.

“Hörmətli Mübariz Qurbanoğlu bir neçə iftira ilə, FETÖ/PDY silahlı terror təşkilatı ilə bağlantılı olmaqda ittiham edilir. İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən haqqında başladılan istintaq çərçivəsində 15.03.2020-ci il tarixində saxlanılmış və 17.03 2020-ci ildə barəsində həbs qərarı verilmişdir. İş hələ də ittiham çərçivəsindədir və bütün hüquqi proseslər Mənsimovun vəkilləri vasitəsi ilə təqib edilir.

Hörmətli Mənsimovun ən qısa müddətdə haqqında aparılan istintaq çərçivəsində günahsız olduğunun sübut ediləcəyinə inamımız sonsuzdur.

Bu müddətdə Palmali Şirkətlər Qrupu olaraq, hörmətli Qurbanoğlunun əsasını qoyduğu təməllər üzərində, şirkətin bütün işlərinə hər zaman olduğu kimi, davam edəcəyini, iş ortaqlarımız ilə apardığımız ticari fəaliyyətlərin heç bir şəkildə axsamayacağını, şirkətin bütün gücü ilə varlığını davam etdirdiyini ifadə edir, bu günə qədər olduğu kimi, bundan sonra da dünyanın azsaylı böyük dəniz daşımaçılığı şirkətlərindən biri olan Palmali Şirkətlər Qrupunun bütün gücü ilə xidmətlərinin daimi olacağını, şirkətimiz xaricində hörmətli Mübariz Qurbanoğlu (Mənsimov) və Palmali Şirkətlər Qrupu haqqında spekulyativ açıqlamalara etibar edilməməsi gərəkdiyini ictimaiyyətə elan edirik”, - Palmali Şirkətlər Qrupunun bəyanatında bildirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR