Slimfit
  1. CƏMİYYƏT

Mənsimov xalq artistindən nələr yazdı?

Mənsimov xalq artistindən nələr yazdı?
Sakura

Mənsimov xalq artistindən nələr yazdı?

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə müalicə alan xalq artisti Yalçın Rzazadə ilə görüşüb.

Kult.az xəbər verir ki, biznesmen görüşdən İnstaqram hesabında foto paylaşaraq, Yalçın Rzazadənin Azərbaycanın böyük sənətkarlarından olduğunu bildirib.

“Uşaqlıq illərindən gördüyü, izlədiyi adamların əbədi yaşamasını istəyir insanoğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaq imişsən kimi gəlir. Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir.

Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə cansağlığı versin. Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı...

Sizi ayaqda görmək məni çox sevindirdi. Xalqın dəyərli sənətkarı, Allah sizi başımızdan əskik etməsin. Sizi dinlədikcə gəncliyimizə, sanki uşaqlıq illərinə geri dönürük. Fərqli duruşunuzla, gözəl səsinizlə hər zaman səhnəmizi bəzədiniz. “Bakı, sabahın xeyir” mahnısını bu gün belə dinlədikcə sanki o sabahı yaşamış oluram. Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burada ən yaxşı həkimlərin nəzarətindəsiniz. Allah sizə şəfa versin, ustad. Hər zaman var olun! Keçmişi olmayanın, gələcəyi olmaz”, - Mənsimov qeyd edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR